Hikmət Hacıyev: Ermənistan baş naziri yalan paylaşımlarla xalqını təşvişə salır

Dünən Ermənistan baş naziri öz xalqını təşvişə salacaq formada "Facebook" hesabında paylaşımlar etmişdi.
1news.az xəbər verir ki, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H.Hacıyev bildirib ki, Paşinyanın yalan paylaşımına görə, hansısa dronlar Yerevan üzərində hərəkət edirlər. Paşinyan bu dronların vurulması ilə bağlı da paylaşımlar etdi:
"Daha sonra isə proqramla hazırlanmış bu yalan videolar sosial şəbəkələrdən silindi".
H.Hacıyev nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur: “Mülki şəxsləri hərbi obyektlərdən kənar durmağa çağırırıq. Bu halda onların da təhlükəsizliyi təmin oluna bilər”.
1news.az