Silahlı Qüvvələrə Yardım Fonduna oktyabrın 1-dək daxil olan vəsait açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Silahlı Qüvvələrə Yardım Fonduna oktyabrın 1-dək daxil olan vəsait açıqlanıb

10:43 - 03 / 10 / 2020
 Silahlı Qüvvələrə Yardım Fonduna oktyabrın 1-dək daxil olan vəsait açıqlanıb

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il oktyabrın 1-dək 120.106.408,24 AZN, 218.680,68 ABŞ dolları, 18.341,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sentyabrın 1-dən oktyabrın 1-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 6.691.593,07 AZN və 5102.8 ABŞ dolları vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Qafar Ağayev

Paylaş:
273

Son xəbərlər

Bütün xəbərlər