“Hər şey Vətən üçün”: Təkər dolu daha 23 yük avtomobili cəbhəyə yola salınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Hər şey Vətən üçün”: Təkər dolu daha 23 yük avtomobili cəbhəyə yola salınıb

00:03 - 03 / 10 / 2020
“Hər şey Vətən üçün”: Təkər dolu daha 23 yük avtomobili cəbhəyə yola salınıb

“Hər şey Vətən üçün” aksiyası çərçivəsində təkər dolu növbəti yük avtomobil karvanı cəbhə bölgəsinə yola salınıb.

Bu barədə 1news.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, bu dəfə 23 yük avtomobili ilə 16 000-dən artıq təkər göndərilib.

“Hər şey Vətən üçün” aksiyasına İqtisadiyyat Nazirliyinə məxsus “Təmiz Şəhər” ASC də qoşulub. Yola salınan təkərlərin 10 mini Balaxanı poliqonundan toplanılıb.

Xatırladaq ki, iyul ayından düşmənin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlardan sonra BNA Müdafiə Nazirliyi ilə birgə “Hər şey Vətən üçün” aksiyasına başlayıb. Ötən müddətdə cəbhəyə 83 yük avtomobili ilə 42 500-dən artıq təkər göndərilib.

S.Xankişiyeva

 

Paylaş:
333

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər