Prezidentin köməkçisi: Ermənistan faşistlərin metodologiyası ilə hərəkət edərək mülki əhalini hədəfə alır | 1news.az | Xəbərlər
Cəmiyyət

 Prezidentin köməkçisi: Ermənistan faşistlərin metodologiyası ilə hərəkət edərək mülki əhalini hədəfə alır

14:10 - 04 / 10 / 2020
 Prezidentin köməkçisi: Ermənistan faşistlərin metodologiyası ilə hərəkət edərək mülki əhalini hədəfə alır

“Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq konvensiyalara əsasən qadağan edilmiş klaster adlanan, yəni kasetli bombalardan istifadə edilir. Bunlar xüsusilər “Smerç” raket sistemlərinə daxil edilərək Azərbaycanın şəhərlərinə atılır”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xarici əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev Hərbi İnformasiya Mərkəzinin Brifinində deyib.

H.Hacıyev bildirib ki, buna görə də Ermənistan Respublikası kütləvi şəkildə insanların yaşadığını bilərək kütləvi yaşayış məntəqələrinə bu kimi zərbələri endirməklə öz xislətini öz mahiyyətini bir daha göstərir ki, Ermənistan Respublikası terrorçu dövlətdir.

“Ermənistan Respublikası faşistlərin istifadə etdiyi metodologiyadan istifadə edərək, kütləvi şəkildə yaşayan insanları hədəfə almaqla bu məqsədlərini həyata keçirməyə nail olmağa çalışırlar”.

“Əmin ola bilərsiniz ki, Azərbaycan Respubkası tərəfindən bu kimi hücumların heç biri cavabsız qalmır və düşmənə adekvat cavablar endirilir” –deyə, H.Hacıyev sözlərinə əlavə edib:

“Birincisi, hal-hazırda sosial şəbəkələrdə və Ermənistan mediasında bu atəşlərin həyata keçirilməsinin, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri adlandıran Arayik Arturyanın əmri ilə həyata keçirilməsi barədə xəbər var. Arayik Arturyan özü bu barədə qeyd qoyub”.

Qafar Ağayev

Paylaş:
245

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər