Baş Prokurorluq Gəncənin artilleriya atəşinə tutulması ilə bağlı açıqlama yayıb - FOTO+VİDEO

Azərbaycan Respublikasının Baş Prokurorluğu Gəncənin ağır artilleriyadan atəşinə tutulması barədə açıqlama yayıb.
1news.az-ın məlumatına görə, açıqlamada deyilir: "Hazırda işğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur".




Qafar Ağayev