Ermənilər Gəncə və Beyləqanı növbəti dəfə raket atəşinə tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilər Gəncə və Beyləqanı növbəti dəfə raket atəşinə tutub - FOTO

14:42 - 05 / 10 / 2020
Ermənilər Gəncə və Beyləqanı növbəti dəfə raket atəşinə tutub - FOTO

Xəbər verildiyi kimi, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən Ermənistanın silahlı qüvvələri Beyləqan rayonu və Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutmaqda davam edir.

 Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhərinə atılmış raketlərin Gəncə beynəlxalq xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi adlandırılan əraziyə və Mərkəzi bazara atılması nəticəsində 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, Beyləqan şəhərinə atılmış 2 ədəd raket mərmisindən 1 ədədi uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcək.

1news.az

Paylaş:
492

Son xəbərlər

Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”Bu gün, 10:00İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edibBu gün, 09:38Kəlbəcərdə qəza olub - Ölən və yaralananlar varBu gün, 09:28Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:24Rəşadətli Azərbaycan Ordusu 106 yaşındaBu gün, 09:11Müdafiə Naziri: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir25 / 06 / 2024, 22:27Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi25 / 06 / 2024, 22:23Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi25 / 06 / 2024, 22:20Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib25 / 06 / 2024, 22:11Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib25 / 06 / 2024, 21:47Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb25 / 06 / 2024, 17:50SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur25 / 06 / 2024, 17:39Milli Məclisin 28 iyunda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 06 / 2024, 17:27Agentlik monitorinq keçirdi - Bəzi dondurmalarda bakteriya aşkar edilib - FOTO25 / 06 / 2024, 17:12PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub - FOTO25 / 06 / 2024, 17:06Xidmət rəisindən güclü küləklə bağlı əhaliyə müraciət25 / 06 / 2024, 16:56AFFA iki kluba texniki məğlubiyyət verib25 / 06 / 2024, 16:49Ərdoğan və Putin arasında telefon danışığı olub25 / 06 / 2024, 16:45Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib25 / 06 / 2024, 16:17Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən daha səkkiz şəhid dəfn ediləcək25 / 06 / 2024, 16:12
Bütün xəbərlər