Ermənilərin kabusuna çevrilən cəsur sərkərdəmiz - Mayis Bərxudarov - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin kabusuna çevrilən cəsur sərkərdəmiz - Mayis Bərxudarov - DOSYE

17:40 - 05 / 10 / 2020
Ermənilərin kabusuna çevrilən cəsur sərkərdəmiz - Mayis Bərxudarov - DOSYE

İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə vəzifəsini şərəflə yerinə yetirən, Cəbrayıl şəhərini və rayonunun 9 kəndinin işğaldan azad edilməsi ilə xalqımızı qürurlandıran daha bir generalımız Azərbaycan hərb tarixində şanlı tarix yazdı.

Ordumuzu Qələbəyə aparan Birlik komandiri, general-mayor Mayis Bərxudarovun keçdiyi şərəfli ömür yoluna birgə nəzər salaq:

1news.az bildirir ki, Mayis Bərxudarov 1976-cı il aprelin 20-də Qubadlıda dünyaya göz açıb.

Ermənistan silahlı qüvvələri Qarabağı işğal edən zaman Bərxudarov Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub.

1993-cü ildə Mayis Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mayis Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər.

1998-ci ildə baş-leytenant Mais Bərxudarov  uğurlu xidmətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Bu ordeni ona ulu öndər Heydər Əliyev təqdim edir.

2012-ci ildə o, "Vətən uğrunda" medalı ilə təltif edilir.

2016-cı il, aprelin 1-5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa Lələtəpə yüksəkliyini, onkilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çoxsaylı qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edərək sıradan çıxarıb. Hadisə şahidlərinin məlumatına görə, Mayis Bərxudarov tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Bərxudarovun tankı ən öndə getdiyindən, bütün ordu xüsusi fəallıq və qəhrəmanlıqla döyüşməyə başlayıb.

Bu gün də general uğurlu xidməti fəaliyyətini şərəflə davam etdirməkdədir.

1news.az

Paylaş:
1106

Son xəbərlər

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edibBu gün, 10:13Silahlı Qüvvələr günü münasibətilə Qusarda qazilərlə görüş keçirilib - FOTOBu gün, 10:06Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”Bu gün, 10:00İlham Əliyev Milli Qəhrəman Natiq Qasımovla bağlı paylaşım edibBu gün, 09:38Kəlbəcərdə qəza olub - Ölən və yaralananlar varBu gün, 09:28Ağcabədidə oğurluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 09:24Rəşadətli Azərbaycan Ordusu 106 yaşındaBu gün, 09:11Müdafiə Naziri: Azərbaycan Ordusu Böyük Qayıdışa layiqli töhfələr verir25 / 06 / 2024, 22:27Dövlət başçısı bəzi hərbi qulluqçulara ali hərbi rütbə verdi25 / 06 / 2024, 22:23Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edildi25 / 06 / 2024, 22:20Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib25 / 06 / 2024, 22:11Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib25 / 06 / 2024, 21:47Müəllimlərin sertifikasiya imtahanlarında zəif nəticə göstərən bölgələr açıqlanıb25 / 06 / 2024, 17:50SABAH qrupları bakalavriat səviyyəsində müəllimlərin işə qəbulu üzrə müsabiqə elan olunur25 / 06 / 2024, 17:39Milli Məclisin 28 iyunda keçiriləcək iclasının gündəliyi açıqlanıb - SİYAHI25 / 06 / 2024, 17:27Agentlik monitorinq keçirdi - Bəzi dondurmalarda bakteriya aşkar edilib - FOTO25 / 06 / 2024, 17:12PAŞA Holding-in tələbələr üçün təşkil etdiyi “Əlaçı” təqaüd proqramının bağlanış tədbiri baş tutub - FOTO25 / 06 / 2024, 17:06Xidmət rəisindən güclü küləklə bağlı əhaliyə müraciət25 / 06 / 2024, 16:56AFFA iki kluba texniki məğlubiyyət verib25 / 06 / 2024, 16:49Ərdoğan və Putin arasında telefon danışığı olub25 / 06 / 2024, 16:45
Bütün xəbərlər