Azərbaycanın həlak olan və yaralanan mülki əhalisinin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın həlak olan və yaralanan mülki əhalisinin sayı açıqlanıb

12:58 - 05 / 10 / 2020
Azərbaycanın həlak olan və yaralanan mülki əhalisinin sayı açıqlanıb

"27 sentyabrdan indiyə qədər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 24 mülki şəxs həlak olub, 121 nəfər nəfər yaralanıb, 300-dən mülki obyektlərə zərər dəyib".

1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

"Toplanılmış faktlar Azərbaycan tərəfindən beynəlxalq təşkilatlara təqdim oluncaq. İşğalçı Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu Ermənistanın mülki şəxslərinə müraciət onların müharibənin getdiyi ərazilərdən uzaqlaşmasını istəyib. Ermənilər bilərəkdən hərbi obyektlərini mülki əhalinin məskunlaşdığı ərazilərdə yerləşdiriblər".

Qafar Ağayev

 

Paylaş:
426

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər