Sabahın HAVASI: Yağıntılı olacaq, külək əsəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın HAVASI: Yağıntılı olacaq, külək əsəcək

13:17 - 06 / 10 / 2020
Sabahın HAVASI: Yağıntılı olacaq, külək əsəcək

Azərbaycanda oktyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, oktyabrın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin  səhər yarımadanın bəzi yerlərində havanın qısa müddətə tutulacağı, çiskinli olacağı ehtimal olunur. Şimal-şərq küləyi əsəcək.

 Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  19-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz  50-55 faiz olacaq. 

Oktyabrın 7-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu  gecə 10-14, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz 8-12 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoz.

Oktyabrın 7-8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1news.az

Paylaş:
458

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər