Təhsil Nazirliyindən yeni qəbul olunanlara və təhsil müəssisələrinə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyindən yeni qəbul olunanlara və təhsil müəssisələrinə MÜRACİƏT

15:32 - 06 / 10 / 2020
Təhsil Nazirliyindən yeni qəbul olunanlara və təhsil müəssisələrinə MÜRACİƏT

Təhsil Nazirliyi təhsil müəssisələrinə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə yeni qəbul olunan tələbələrə müraciət edib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris (2020-2021-ci) ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı Dövlət İmtahan Mərkəzi tərəfindən oktyabrın 12-dək uzadılıb:

"Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və orta ixtisas təhsili müəssisələrinə cari tədris ilində qəbul olunmuş tələbələrin təhsil müəssisələrində qeydiyyatı üçün Təhsil Nazirliyinin https://e-telebe.edu.az elektron portalı fəaliyyət göstərir. Göstərilənləri nəzərə alaraq tələbələrin təhsil müəssisələrində qeydiyyatının aparılması üçün https://e-telebe.edu.az elektron portalına müraciət etmələri xahiş olunur.

Məlumat üçün bildirək ki, https://e-telebe.edu.az elektron portalı vasitəli ilə təhsil müəssisələrində birinci kurs tələbələrinin qeydiyyatı prosesində onların sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olub-olmaması avtomatik qaydada müəyyən edilir. Həmin tələbələrin 2020-2021-ci tədris ilinin payız semestri üçün təhsil haqqı xərclərinin ödənilməsi ilə bağlı informasiya sisteminə təkrar müraciət etmələrinə ehtiyac yaranmır".

Qafar Ağayev

Paylaş:
531

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər