Koronavirus Azərbaycanda: 143 yoluxan, 2 ölən, 126 sağalan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus Azərbaycanda: 143 yoluxan, 2 ölən, 126 sağalan var

15:45 - 06 / 10 / 2020
Koronavirus Azərbaycanda: 143 yoluxan, 2 ölən, 126 sağalan var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 40 931 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 713 nəfər müalicə olunaraq sağalıb, 600 nəfər vəfat edib, aktiv xəstə sayı 1 618 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 203, ötən müddət ərzində isə ümumilikdə 1 145 397 test aparılıb.

Qafar Ağayev 

Paylaş:
417

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər