Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həlak oldu - Baş Prokurorluq | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həlak oldu - Baş Prokurorluq

13:19 - 07 / 10 / 2020
Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həlak oldu - Baş Prokurorluq

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir.

Azərbaycan Respublikası Baş Prokurorluğundan 1news.az-a verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutmuşdur.

Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həlak olmuş, eyni zamanda evə külli miqdarda ziyan dəymişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qafar Ağayev 

Paylaş:
464

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər