Xətaidə suyun verilməsində məhdudiyyətlər olacaq

Magistral su xəttində baş vermiş qəza ilə əlaqədar 07 oktyabr 2020-ci il tarixində gün ərzində Xətai rayonunun Lütfi-zadə (keçmiş Telnov), Seyid Əzim Şirvani, Əliağa Şıxlinski, Səmədbəy Mehmandarov, İnqilab İsmayılov küçələrinə, Gəncə prospekti, Nəsrəddin Tusi və Şirvani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Bu barədə 1news.az-a “Azərsu” ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.
1news.az
582