“KONTİNENT İNŞAAT” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

“KONTİNENT İNŞAAT” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürdü

09:44 - 07 / 10 / 2020
“KONTİNENT İNŞAAT” MMC Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat vəsait köçürdü

“Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün qorunması və işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə əldə olunan inamlı qələbələr son günlər dünya ictimaiyyətində və KİV-lərində ən əsas müzakirə mövzusuna çevrilmişdir. Ordumuzda xidmət edən Mübarizlərin qəhrəmanlığı və şücayəti, xalqımızın birliyi və tarixi qələbələrimizin sədası bütün dünyaya yayılmaqdadır. Şanlı Azərbaycan Ordusu ilə qürur duyuruq! 

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. "KONTİNENT İNŞAAT" MMC Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat köçürüb.

Paylaş:
694

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər