Ermənistan silahlı qüvvələri öz tanklarını vurdu | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan silahlı qüvvələri öz tanklarını vurdu

12:42 - 07 / 10 / 2020
Ermənistan silahlı qüvvələri öz tanklarını vurdu

Məlum olduğu kimi, düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib. Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatlara görə, "dəqiq" zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb.

Qafar Ağayev

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər