Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb

15:26 - 08 / 10 / 2020
Azərbaycanın Yunanıstandakı səfiri Bakıya çağırılıb

Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasına qarşı başlatdığı yeni təcavüz aktı çərçivəsində xarici ölkələrdən, o cümlədən Yunanıstandan erməni əsilli vətəndaşların döyüşlərdə iştirak etmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərinə gəlməsi ilə bağlı açıq mənbələrdə yer alan məlumatlar tərəfimizdən Yunanıstan XİN-in diqqətinə çatdırılıb və bu xüsusda qarşı tərəfə müvafiq araşdırmaların aparılaraq məlumatın verilməsi müraciəti edilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən 1news.az-a bildirilib.

Qeyd edilib ki, bunun ardınca, Yunanıstan tərəfinin öz səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarı ilə əlaqədar, Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfiri məsləhətləşmələr üçün Bakıya çağırılıb.

Qafar Ağayev

Paylaş:
562

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər