23 şagird və 6 müəllim koronavirusa yoluxub | 1news.az | Xəbərlər
Cəmiyyət

23 şagird və 6 müəllim koronavirusa yoluxub

19:31 - 08 / 10 / 2020
23 şagird və 6 müəllim koronavirusa yoluxub

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən 1news.az-a bildirilib ki, 27 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.

Daha 23 şagird və 6 işçidə koronavirus aşkarlanıb.

3 sinif və 1 məktəb distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə iki məktəb, 30 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.

S.Xankişiyeva

 

 

Paylaş:
557

Son xəbərlər

Bütün xəbərlər