Bakıda iki gün gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

İstirahət günlərində Bakıda iki gün gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bu barədə 1news.az-a Bakı Şəhət İcra Hakimiyyətindən bildirilib.
Məlumata görə, son günlərdə COVID-19-a yoluxanlarının sayının artması nəzərə alınaraq oktyabrın 10-u və 11-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.
1news.az
418