“Günaydın” restoranı Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat vəsait köçürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Günaydın” restoranı Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat vəsait köçürüb

10:00 - 09 / 10 / 2020
“Günaydın” restoranı Silahlı Qüvvələrə Yardım Fonduna 15 min manat vəsait köçürüb

Ölkəmizdə fəaliyyət göstərən məşhur “Günaydın” restoranı da işğal olunmuş torpaqlarımızın azad olunması, ərazi bötüvlüyümüzün bərpası uğrunda canı bahasına mübarizə aparan Azərbaycan ordusuna dəstək məqsədilə Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 15,000 manat vəsait köçürüb.

Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığında tarix yazan, inamlı qələbəyə addımlayan ordumuz artıq dünyada öz gücü və əzmi ilə adından söz etdirməkdədir. “Günaydın” kollektivi Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına mübarizə aparan, adını müasir tariximizə qızıl hərflərlə yazdıran şanlı Azərbaycan Ordusu qarşısında baş əyir və ordumuzla hər zaman qürur duyduğunu bildirir. Kollektivimiz inanır ki, Ordumuz hərbi əməliyyatları uğurla davam etdirəcək və ən qısa zamanda bizi qələbə xəbərləri ilə sevindirəcəkdir.

Həmçinin, onu da bildirək ki, “Günaydın” restoranı səfəbərlik əsasında xidmətə qoşulan əməkdaşlarının əmək haqqını bu müddət boyunca tam olaraq ödəyəcəkdir.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Qarabağ Azərbaycandır!

1news.az

Paylaş:
514

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər