Katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakı ermənilərindən MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakı ermənilərindən MÜRACİƏT

12:08 - 09 / 10 / 2020
Katalikos II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakı ermənilərindən MÜRACİƏT

Bakı şəhərində yaşayan ermənilər dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə müraciət edib.

Müraciətə on minlərlə erməni adından 17 şəxs imza atıb. 1news.az Modern.az-a istinadən müraciəti olduğu kimi təqdim edirik: 

Dünya ermənilərinin katalikosu II Qareginə, dünya ermənilərinə, Qarabağda yaşayan ermənilərə Bakıda yaşayan ermənilərin müraciəti  


Bu gün Azərbaycanda on minlərlə erməni yaşayır. Burada dinindən, irqindən asılı olmayaraq,  bütün insanlara eyni münasibət göstərilir, Konstitusiyanın öz vətəndaşlarına verdiyi hüquqlardan hamı bərabər yararlanır. 

Artıq 30 ildən çoxdur ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bu illər ərzində demək olar ki, davamlı olaraq sivil Azərbaycan vətəndaşları, hətta uşaqlar, qocalar Ermənistan tərəfindən atəşə məruz qalıb, qətlə yetirilib. 


Dünya ermənilərinin katalikosu II Qareginə müraciət edirik

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin durdurulmasında,  işğal edilmiş Azərbaycan torpaqlarının öz sahiblərinə qaytarılmasında öz nüfuzu və gücündən istifadə etsin. Nahaq qanların axıdılmasının qarşısının alınmasına dəstək olsun. Dünyada bütün dinlər insanların dinc, yanaşı, sülh içində yaşamasına xidmət edir. Bizim din xadimlərimiz də buna çalışmalı, dünya miqyasındas barəmizdə formalaşmış mənfi imicin götürülməsinə səy göstərməlidirlər.


Dünya ermənilərinə, ayrı-ayrı erməni lobbilərinə müraciət edirik

Dəstəyinizi insanların sülh içində yaşamasına yönəldin. Bu günə qədər heç bir müharibə insanlığa xeyir gətirməyib. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 1 milyondan artıq azərbaycanlı öz ev-eşiyindən qaçqın və köçkün düşüb.

Bu gün də Ermənistan işğalçılıq siyasətini davam etdirir. Bütün bunlar dünyada erməni xalqı barədə mənfi, insan düşməni, qaniçən fikri formalaşdırır. Xocalıda Ermənistanın azərbaycanlılara qarşı törətdiyi soyqırımı erməni tarixinə qara ləkədir və bizim üçün çox utancvericidir. 

Niyə Ermənistan qonşu Azərbaycanla dinc, yanaşı yaşamaq istəmir, onun torpaqlarını işğal edir, hər gün azərbaycanlı uşaqları, qocaları raketlərin hədəfinə çevirir? 

Son günlər Ermənistan Azərbaycanın Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Bərdə, Beyləqan, Ağcabədi, Şəmkir, Tovuz və digər yaşayış məntəqələrini raket atəşinə tutur. Atəş yalnız mülki azərbaycanlıların deyil, bu şəhərlərdə yaşayan müxtəlif xalqların rus, yəhudi, ləzgi, talış, o cümlədən ermənilərin də həyatını təhlükə altında qoyur. Gəncənin atəşə tutulması zamanı ciddi xəsarətlər almış milliyətcə erməni Karina Qriqoryan kimi...

Azərbaycan isə yalnız və yalnız öz ərazilərində antiterror əməliyyatı keçirir, öz tarixi torpaqlarını işğaldan azad etmək istəyir. 


Qarabağda yaşayan ermənilərə müraciət edirik... 


Siz 30 il öncə indi yaşadığınız Azərbaycan torpaqlarında xoşbəxt idiniz. Maddi rifahınız yüksək idi, bütün insan hüquqlarınız qorunurdu. Çünki Azərbaycan ermənilərə daim öz vətəndaşı kimi yanaşıb. İndi isə Ermənistanın mafioz rəhbərliyi sizi öz oyununun qurbanına çevirib. Buna çox acıyırıq. Sizin də insan kimi yaşamaq haqqınız və imkanınız var, ancaq Ermənistan bunu sizdən alıb. Hələ də gec deyil, ayılın, vasitəyə çevrilməkdən imtina edin. Azərbaycan sizin təhlükəsizliyinizdən tutmuş bütün hüquqlarınızı qoruyacaq. Buna bariz misal bizik. 


Erməni analara müraciət edirik…


İndi dünyada hər kəs, o cümlədən siz də yaxşı bilirsiniz ki, işğal edilmiş Xankəndi, Şuşa, Xocalı, Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd Azərbaycanın tarixi əraziləridir. 

Övladlarınızın Azərbaycan torpaqlarında ölməsinə göz yummayın, axı onları hansısa qüvvələrin oyununun qurbanı olması üçün dünyaya gətirməmisiniz. 

Kimlərsə var-dövlət, vəzifə sahibi olacaq, əvəzində siz övladsız qalacaqsınız. Övladlarınızı Azərbaycan torpaqlarında hərbi xidmətdən geri çağırın. 

Azərbaycanın torpaqları azad edilsin. Bu çirkin oyunda iştirak etməyin, yoxsa erməni xalqını məhvə apardığınıza görə gələcəyin lənəti üzərinizdə olacaq.

1news.az

Paylaş:
754

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!28 / 06 / 2024, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib28 / 06 / 2024, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilir28 / 06 / 2024, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunub28 / 06 / 2024, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib28 / 06 / 2024, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb28 / 06 / 2024, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıb28 / 06 / 2024, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTO28 / 06 / 2024, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib28 / 06 / 2024, 16:58Bakının iki rayonunda işıq olmayacaq28 / 06 / 2024, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb28 / 06 / 2024, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib28 / 06 / 2024, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO28 / 06 / 2024, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir28 / 06 / 2024, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB28 / 06 / 2024, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı28 / 06 / 2024, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər28 / 06 / 2024, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib28 / 06 / 2024, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB28 / 06 / 2024, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAM28 / 06 / 2024, 15:08
Bütün xəbərlər