Bakıda dezinfeksiya işləri davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dezinfeksiya işləri davam etdirilir - FOTO

10:01 - 10 / 10 / 2020
Bakıda dezinfeksiya işləri davam etdirilir - FOTO

Ölkə başçısı cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabr ayının 10-u və 11-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazisi üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti, artıq 14-cü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin coxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin 2 gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.

Qış aylarında yağıntılar yağan zaman isə dezinfeksiya işləri lokal xarakterli olacaqdır. Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır. Bu istiqamətdə bütün lazımı tədbirlər həyata keçirilir.

Qafar Ağayev

Paylaş:
522

Son xəbərlər

Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 08:46Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06
Bütün xəbərlər