Ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olanların sayı 10-a çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olanların sayı 10-a çatıb

17:36 - 12 / 10 / 2020
Ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olanların sayı 10-a çatıb

Xəbər verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuş, 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğun Mətbuat xidmətindən 1news.az-a bildirilib.

"Dərin təəssüf hissi ilə bildiririk ki, 12.10.2020-ci il tarixdə yaralı şəxslərdən biri 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Hazırda digər yaralı şəxslərin stasionar şəkildə müalicələri davam etdirilir" - deyə, Baş Prokurorluğun məlumatında qeyd olunub.

Qafar Ağayev

Paylaş:
549

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər