Sabahın HAVASI: 25 dərəcə isti olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahın HAVASI: 25 dərəcə isti olacaq

12:54 - 12 / 10 / 2020
Sabahın HAVASI: 25 dərəcə isti olacaq

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə oktyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-şərq küləyi əsəcək.

 Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz təşkil edəcək. 

Oktyabrın 13-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 12-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  12-16 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 13-14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

1news.az

 

Paylaş:
510

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər