Gəncədə baş vermiş erməni terroruna “Gəncə” tankerinin heyətindən Hayfa limanında etiraz | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə baş vermiş erməni terroruna “Gəncə” tankerinin heyətindən Hayfa limanında etiraz

17:06 - 13 / 10 / 2020
Gəncədə baş vermiş erməni terroruna “Gəncə” tankerinin heyətindən Hayfa limanında etiraz

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid və hazırda xarici sularda üçrəngli bayrağımız altında istismar olunan "Gəncə" tankerinin heyəti oktyabrın 11-də ermənilər tərəfindən Gəncənin raket atəşinə tutulmasına etirazlarını bildiriblər. 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndən 1news.az-a bildirilib ki, Dənizçilər İsrailin Hayfa limanında üzərində #PrayForGanja yazılan plakatlar açaraq foto çəkdirib və müxtəlif həştəqlərlə sosial şəbəkələrdə paylaşıblar.

Qafar Ağayev 

Paylaş:
646

Son xəbərlər

Bütün xəbərlər