Gürcüstanla sərhədə qədər yolun genişləndirilməsi davam etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gürcüstanla sərhədə qədər yolun genişləndirilməsi davam etdirilir - FOTO

10:33 - 13 / 10 / 2020
Gürcüstanla sərhədə qədər yolun genişləndirilməsi davam etdirilir - FOTO

Uzunluğu 130 km olan Gəncə-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrası uğurla davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan yerinə yetirilir, “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə aparılır.

Layihəyə əsasən yolun ümumi eni 27,5 metrdir. Hər birinin eni 3,75 metr olmaqla 4-6 hərəkət zolağından ibarət yolun örtüyü polimer asfalt-beton olacaq. Yol yatağının qalınlığı ümumilikdə 72,5, asfalt-beton örtüyü 3 lay olmaqla, qalınlığı 27 sm təşkil edəcək. Hazırda yol boyu yeni torpaq yatağının tikintisi, qaya dolğusu və dənəvər tərkibli əsasın tikintisi, həmçinin suöütürücü boruların, alt keçidlərin və körpülərin inşası işləri aparılır. Buna paralel olaraq qırmadaşlı əsasın tikintisi və asfalt-beton örtüyünün döşənməsinə işləri də görülür. Layihə çərçivəsində 26 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 73 yeraltı keçid, 42 düzbucaqlı su keçidi, 547 dairəvisuötürücü boru inşa edilir. Layihə boyu zəruri yerlərdə 85 avtobus dayanacağı quraşdırılacaq. Artıq müxtəlif süni qurğuların inşası istiqamətində işlərin böyük hissəsi yerinə yetirilib.

Ümumilikdə isə yol boyu işlərin fiziki tərəqqisi 55% təşkil edir.

Layihənin icrası zamanı tikinti ərazisinə və mühafizə zolaqlarına düşən maneələrin köçürülməsi, torpaqlara görə vətəndaşlara kompensasiyaların ödənilməsi qanunvericiliyə əsasən həyata keçirilir. Yolun genişləndirilməsi və sürətin artması ilə I texniki dərəcəli avtomobil yolu ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa layihənin üstünlüyü ondan ibarətdir ki, yol trassası iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilib. Bu isə həm həmin yaşayış məntəqələrində yaşayan əhalinin, həm də yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmli aspektlərdən biridir. Layihə tam reallaşdırılandan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi olan Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolu Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.

Qafar Ağayev

Paylaş:
465

Son xəbərlər

MMF2024-ün ilk günü (online) uğurla yekunlaşdı!28 / 06 / 2024, 18:13DİM İlahiyyat Kollecinə qəbul olmaq istəyənlərə müraciət edib28 / 06 / 2024, 17:48Qısamüddətli geomaqnit qasırğası gözlənilir28 / 06 / 2024, 17:43Ceyms O’Brayn: Azərbaycan NATO sammitinə dəvət olunub28 / 06 / 2024, 17:41Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın tərkibi təsdiqlənib28 / 06 / 2024, 17:38İKTA Elektromaqnit sahəsinin insan sağlamlığına potensial təsiri mövzusunda araşdırma aparıb28 / 06 / 2024, 17:31Ceyhun Bayramov O’Brayna Ermənistanın Konstitusiyasına dəyişiklik etməsinin vacibliyini çatdırıb28 / 06 / 2024, 17:30Ağdaşda Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov dəfn edilib - FOTO28 / 06 / 2024, 17:08Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılış mərasimi keçirilib28 / 06 / 2024, 16:58Bakının iki rayonunda işıq olmayacaq28 / 06 / 2024, 16:56Yasamalda 10 kiloqram narkotik dövriyyədən çıxarılıb28 / 06 / 2024, 16:48Güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verilib28 / 06 / 2024, 16:31Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO28 / 06 / 2024, 16:30ADY platformalara keçid və qatarlara minik qaydalarını yeniləyir28 / 06 / 2024, 16:17Laçında daha 21 ailəyə evlərin açarları təqdim olunub - FOTO - YENİLƏNİB28 / 06 / 2024, 16:02Kapital Bank-ın manat istiqrazlarının 2-ci tranşının yerləşdirilməsi yekunlaşdı28 / 06 / 2024, 15:44Sahibkarlar KOB evlərinə gəlmədən onlayn növbə götürə bilərlər28 / 06 / 2024, 15:37Mikayıl Cabbarov işğaldan azad edilmiş ərazilərdə ilk biznes quran sahibkarları təbrik edib28 / 06 / 2024, 15:21Şəmkirdə Birinci Qarabağ müharibəsinin şəhidi Əhliman Əsgərov dəfn edilib - YENİLƏNİB28 / 06 / 2024, 15:14Milli Məclis buraxıldı, növbədənkənar seçkilərin keçiriləcəyi vaxt bəlli oldu - SƏRƏNCAM28 / 06 / 2024, 15:08
Bütün xəbərlər