Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 4 nəfər vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 4 nəfər vəfat edib

14:46 - 14 / 10 / 2020
Azərbaycanda son sutkada 369 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 4 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 42 750 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39 570 nəfər müalicə olunaraq sağalıb, 616 nəfər vəfat edib, aktiv xəstə sayı 2 564 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 734, ötən müddət ərzində isə ümumilikdə 1 193 870 test aparılıb.

1news.az

Paylaş:
549

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər