“AzeriMed” kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 250 min manat ianə köçürmüşdür | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzeriMed” kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 250 min manat ianə köçürmüşdür

09:40 - 14 / 10 / 2020
“AzeriMed” kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna 250 min manat ianə köçürmüşdür

“AzeriMed” MMC-nin kollektivi Milli Ordumuzun erməni işğalçılarına qarşı Vətən Müharibəsində əldə etdiyi uğurları, düşmənin əzəli torpaqlarımızdan qovulub çıxarılmasının gündən- günə geniş vüsət almasını böyük ruh yüksəkliyi və sevinclə qarşılamışdır. Şirkətin Vətənin çağırışına dərhal cavab verərək cəbhənin müxtəlif bölgələrinə könüllü olaraq yollanmış 49 əməkdaşı da xalqımızın uğurla yazdığı zəfər salnaməsinin əsas iştirakçılarıdır.    

 Xəbər verildiyi kimi, hərbi əməliyyatlar başalayandan "AzeriMed"MMC rəhbərliyinin orduya dəstək məqsədilə ayırdığı 500 min manatlıq həyati vacib əhəmiyyətli sərfiyyat materialları və dərman preparatları davamlı şəkildə Azərbaycan Ordusunun sərəncamına göndərilmişdir. Bundan sonra da ordu üçün, cəbhə üçün lazım olan bu tipli tibbi məhsullar mütəmadi şəkildə müxtəlif hərbi birləşmələrə çatdırılacaqdır.

Bu günlərdə hər zaman dövlətimizin, ordumuzun yanında olan şirkət işçiləri də ümumi qələbəmiz üçün dəstək aksiyalarına qoşulmuşlar. "AzeriMed"MMC-nin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 250 min manat ianə toplayıb təhvil vermişlər.

“ AzeriMed” MMC-nin kollektivi Azərbaycan Silahlı Qüvvələrinin yaxın zamanda erməni işğalçıları üzərində həlledici və qeyd-şərtsiz qələbə çalacağına ürəkdən inanır və bu müqəddəs mübarizədə qəhrəman əsgərlərimizə uğurlar arzulayır!

Qarabağ Azərbaycandır!

1news.az

Paylaş:
858

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər