Azərbaycanda son sutkada 509 nəfər koronavirusa yoluxub, 129 nəfər sağalıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda son sutkada 509 nəfər koronavirusa yoluxub, 129 nəfər sağalıb

15:39 - 16 / 10 / 2020
Azərbaycanda son sutkada 509 nəfər koronavirusa yoluxub, 129 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 129 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 43 489 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 39800 nəfər müalicə olunaraq sağalıb, 621 nəfər vəfat edib, aktiv xəstə sayı 3368 nəfərdir.

Ölkədə son sutka ərzində 7878, hazırkı dövrədək isə 1209802 test aparılıb.

Qafar Ağayev

Paylaş:
452

Son xəbərlər

Bütün xəbərlər