Nazir: “Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik”

11:18 - 16 / 10 / 2020
Nazir: “Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik”

"Hesab edirik ki, məktəblərin bağlı olduğu 2 həftə ərzində yoluxma sayı azala bilər".

1news.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, son günlərdə qeydə alınan yoluxma sayları sürətlə artır: "Son günlər ərzində biz hər gün 10-15 məktəbi bağlamaq məcburiyyətindəydik. İnanıram ki, 2 həftə ərzində biz davranışımzla və tətbiq edilmiş məhdudiyyətlər nəticəsində yoluxmanın sayının azalmasına nail ola biləcəyik. Noyabrın 2-dən başlayaraq bu və ya digər formada təhsili davam etdirəcəyik. Amma bu barədə danışmaq daha tezdir".

Qafar Ağayev

 

Paylaş:
355

Son xəbərlər

Bütün xəbərlər