Neftçalada evdə yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Neftçalada evdə yanğın olub

11:15 - 18 / 10 / 2020
Neftçalada evdə yanğın olub

Neftçala rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-ın verilən məlumata görə, rayonda ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 kv.m sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 kv.m yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər