Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım etdi

12:34 - 18 / 10 / 2020
Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstaqram" hesabında Müstəqillik Günü ilə bağlı paylaşım edilib.

1news.az-ın məlumatına görə, paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!".

Qafar Ağayev

Paylaş:
850

Son xəbərlər

Laçına dolu düşüb

04 / 07 / 2026, 16:10

İmişlidə zəlzələ olub

04 / 07 / 2026, 13:53
Bütün xəbərlər