Erməni deputat Qarabağda ağır yaralanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Erməni deputat Qarabağda ağır yaralanıb

13:05 - 19 / 10 / 2020
Erməni deputat Qarabağda ağır yaralanıb

Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqının sədri, ölkə parlamentinin deputatı Sasun Mikaelyan Xocavənd istiqamətdə gedən döyüşlərdə ağır yaralanıb.

1news.az xəbər verir ki, bu barədə onun həmkarı Artak Manukyan məlumat verib.

Qeyd edək ki, 63 yaşlı Sasun Mixekoviç Miakelyan Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın "sağ əli" sayılır.

S.Miakelyan Ermənistandan Qarabağa döyüşməyə gəlmiş "Yerkrapa" alayının komandiridir.

O, hazırda hospitaldadır.

1news.az

Paylaş:
408

Son xəbərlər

Bütün xəbərlər