Bakıda yaşayan erməni qadın: “Paşinyan ermənilərə böyük zərbə vurub” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yaşayan erməni qadın: “Paşinyan ermənilərə böyük zərbə vurub” - VİDEO

10:58 - 20 / 10 / 2020
Bakıda yaşayan erməni qadın: “Paşinyan ermənilərə böyük zərbə vurub” - VİDEO

57 ildir ki, Bakıda yaşayır. Burada məktəbə gedib, təhsil alıb, hətta Bakıdakı dövlət müəssisələrindən birində çalışıb.

1news.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nelli Petrosyanın atası erməni, anası isə rusdur. Amma o, özünü əsla erməni hesab etmir. Çünki illərdir yaşadığı Azərbaycanı özünə vətən seçib.

Qadının sözlərinə görə, erməni olduğunu oxuduğu məktəbdə, işlədiyi müəssisədə, hətta yaşadığı binada qonşuları bilsələr də, heç vaxt ona yad münasibət bəslənilməyib.

Nelli Petrosyanı ən çox üzən isə hazırda döyüş bölgəsində baş verənlərdir. Onun sözlərinə görə, xüsusilə də Gəncədəki terror hadisəsi onu dərindən sarsıdıb. Bir ana olaraq orda baş verənləri vandalizm adlandırır: "Gəncədəki terror, sadəcə, insanlığa sığmayan bir əməl yox, bütün dünyada qəbuledilməz bir hadisədir".

Erməni qadın bildirib ki, Paşinyanın siyasəti ermənilərə böyük zərbələr vurub və vurmağa da davam edir: "O, sadəcə olaraq, öz maraqlarını güdür. Vətəndaşını fikirləşən bir siyasətçi başqa ölkənin vətəndaşına o vəhşilikləri törədə bilməz".

Nelli Petrosyan, həmçinin əlavə edib ki, ermənilər öz uşaqlarını vəhşilik və yalan dolu tarixi məlumatlarla böyüdürlər.

Bu isə gələcək bir nəsli boş bir xülyalar içində böyütməkdən başqa bir işə yaramır. Bu müharibədə isə onun olmasını istədiyi tək bir şey var: haqlı tərəf haqqını alsın. Necə ki, 30 ilə yaxındır Azərbaycan haqqını tələb edir. Bu gün isə o gündür. Ermənilər isə haqsız olaraq hərb meydanında necə uduzurlarsa, elə də uduzmağa davam edəcəklər.

1news.az

Paylaş:
342

Son xəbərlər

Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı! - FOTO29 / 06 / 2024, 19:10Qəzzada ölən fələstinlilərin yeni sayı açıqlanıb29 / 06 / 2024, 18:07Xəzər dənizinin Bilgəh sahili tullantılardan təmizlənib29 / 06 / 2024, 17:35Dağlıq ərazilərdə qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVA29 / 06 / 2024, 17:17Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb29 / 06 / 2024, 16:59Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqlənib29 / 06 / 2024, 16:25MSK-nın iclası keçirilir, növbədənkənar parlament seçkilərinə rəsmən start verilir29 / 06 / 2024, 16:15Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq29 / 06 / 2024, 15:55Azərbaycan və Belarus arasında malların mənşəyi ilə bağlı imzalanmış Protokol təsdiqlənib29 / 06 / 2024, 15:42Bakıda yük avtomobilindən texnika yola aşıb - YENİLƏNİB29 / 06 / 2024, 15:23Tərtərdə baş verən yol qəzasında iki nəfər yaralanıb29 / 06 / 2024, 14:52Şamaxıda qarpızla dolu yük avtomobili dərəyə aşıb29 / 06 / 2024, 14:36Abşeron rayonunda torpaq sahəsinin normativ qiyməti ayrıca müəyyən ediləcək29 / 06 / 2024, 14:184 saylı doğum evinin mama-ginekoloqu rüşvətə görə işdən çıxarılıb29 / 06 / 2024, 13:46Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib29 / 06 / 2024, 13:22Sabahın hava proqnozu açıqlanıb29 / 06 / 2024, 12:58Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb - FOTO29 / 06 / 2024, 12:36Qubada qanunsuz tikintinin qarşısı alınıb29 / 06 / 2024, 12:22Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri29 / 06 / 2024, 12:06Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB29 / 06 / 2024, 11:41
Bütün xəbərlər