Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb

11:08 - 20 / 10 / 2020
Türkiyə parlament sədrinin iştirakı ilə Milli Məclisin iclası başlayıb

Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 5 məsələ daxil edilib.

İclasda əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxış edəcək.

Daha sonra “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununa dəyişiklik layihəsi ikinci oxunuşda, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik layihəsi isə birinci oxunuşda müzakirəyə çıxarılacaq.

1news.az

Paylaş:
347

Son xəbərlər

Bütün xəbərlər