ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı - FOTO

17:40 - 22 / 10 / 2020
ANAMA Ermənistandan Kürdəmirə atılan raketlə bağlı məlumat yaydı - FOTO

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları Kürdəmirdə əməliyyatları davam etdirib və ballistik raketin 8K14 (ELBRUS/SCUD) tipinə aid olduğunu bir daha sübut edən partlamış raket qalıqlarını aşkar edib.

1news.az-ın məlumatına görə, bu barədə ANAMA-nın "Twitter" hesabında məlumat verilib.

Xatırladaq ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

Qafar Ağayev

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər