Müdafiə Nazirliyi: Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

10:07 - 22 / 10 / 2020
Müdafiə Nazirliyi: Ermənistan Siyəzən, Qəbələ və Kürdəmirə ballistik raketlər atıb

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.

1new.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.

Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur. 

Qafar Ağayev 

Paylaş:
355

Son xəbərlər

Bütün xəbərlər