Kontakt Home şəhid əməkdaşının övladını öz himayəsinə götürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Kontakt Home şəhid əməkdaşının övladını öz himayəsinə götürdü

12:00 - 22 / 10 / 2020
Kontakt Home şəhid əməkdaşının övladını öz himayəsinə götürdü

Kontakt Home mağazalar şəbəkəsi Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əməkdaşı Aslan Rzayevin 1 yaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə 4 illik təhsil haqqını öz üzərinə götürür.

Bundan başqa, Kontakt Home rəhbərliyi əməkdaşları ilə birlikdə şəhidin ailəsinə birdəfəlik maddi yardım ayırıb.

“Əməkdaşımız Aslan Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Hər zaman öz mədəniyyəti, səmimiyyəti ilə seçilən əməkdaşımızın itkisi xəbəri hər birimizi dərindən sarsıdıb. Məkanı cənnət olsun! Allah doğmalarına səbir versin! İndi onun 1 yaşlı qız övladı əmanət qalıb. Kontakt Home rəhbərliyi və kollektivi olaraq bildirmək istərdik ki, şəhidimizin, onun ailəsinin yanındayıq və əlimizdən gələn dəstəyi hər zaman etməyə hazırıq. Tək arzumuz odur ki, Vətənimiz artıq şəhid verməsin, igid hərbçilərimiz də ən qısa zamanda sağ-salamat öz doğmalarının yanına qələbə xəbərilə qayıtsın” deyə Kontakt Home mağazalar şəbəkəsinin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Vəfa Rüstəmova bildirib.

Xatırladaq ki, Kontakt Home Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Şəbəkə döyüşlərdə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb. Bundan başqa, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşların ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.

Şəbəkə həmçinin hazırki döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir, hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır.

 

 

Paylaş:
318

Son xəbərlər

ARDNF ötən ay satılan ABŞ dollarının məbləğini açıqladı02 / 07 / 2024, 17:50ADY sərnişin daşınmasını 20% artırıb02 / 07 / 2024, 17:40Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edib02 / 07 / 2024, 17:33Media nümayəndələrinin COP29-da iştirakı üçün akkreditasiya portalı istifadəyə verilib02 / 07 / 2024, 17:27Bakının Əbdürrəhim bəy Haqverdiyev küçəsində hərəkət zolağı təşkil edilib02 / 07 / 2024, 17:15Azercell yeni Smartfon kampaniyasını təqdim edir!02 / 07 / 2024, 17:04ABB AKA Bankla müqavilə imzaladı02 / 07 / 2024, 17:02Azərbaycan və NATO arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub02 / 07 / 2024, 16:58Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunub02 / 07 / 2024, 16:52Taksi sahəsində islahatlar - Tələbi qarşılamaq üçün hansı addımlar atılmalıdır? - ŞƏRH02 / 07 / 2024, 16:43Bəzi bölgələrdə yağış yağıb, şimşək şaxıb - FAKTİKİ HAVA02 / 07 / 2024, 16:36Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqləyib02 / 07 / 2024, 16:00BYD şirkəti ilə əməkdaşlığa dair sənədlər imzalanıb02 / 07 / 2024, 15:52Azərbaycanla Tacikistan arasında imzalanmış üç saziş təsdiq edilib02 / 07 / 2024, 15:48“Baku ID” festivalında startaplar 2 milyon dollardan artıq investisiya əldə etdilər! - FOTO02 / 07 / 2024, 15:24Azərbaycanın müdafiə naziri Belarusa səfər edib02 / 07 / 2024, 15:18Vətən müharibəsi iştirakçısının yardımınıza ehtiyacı var: “Xahiş edirəm, oğluma kömək edin” - FOTO02 / 07 / 2024, 15:17Azərbaycanın Tailanddakı səfiri dəyişib02 / 07 / 2024, 14:48ADY-də Çin nümayəndə heyəti ilə Orta Dəhlizə yeni yüklərin cəlb edilməsi müzakirə olundu02 / 07 / 2024, 14:34Azərbaycanın Los-Ancelesdəki baş konsulu geri çağırılıb - SƏRƏNCAM02 / 07 / 2024, 14:05
Bütün xəbərlər