Ermənilərin məkrli planı: Tenor Yusif Eyvazovun çıxışının ləğv edilməsinə çalışırlar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin məkrli planı: Tenor Yusif Eyvazovun çıxışının ləğv edilməsinə çalışırlar - FOTO

14:48 - 24 / 10 / 2020
Ermənilərin məkrli planı: Tenor Yusif Eyvazovun çıxışının ləğv edilməsinə çalışırlar - FOTO

Ermənilər Moskvada yaşayan azərbaycanlı tenora qarşı məkrli plan hazırlayıblar.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrin erməni seqmentində yerləşdirilib.

Paylaşımda bildirilir ki, bu gün dünya şöhrətli tenor Plasido Dominqonun Moskvada konserti keçiriləcək. Böyük teatrın səhnəsində baş tutacaq konsertdə azərbaycanlı tenor Yusif Eyvazov da çıxış edəcək.

Ermənilər Y.Eyvazovun çıxışının ləğv edilməsini tələb edərək, sosial şəbəkələrdə paylaşımlar etməyi qərara alıblar.

1news.az

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər