“Biz Vətən torpaqlarını işğalçılardan azad edirik” – Ali Baş Komandan | 1news.az | Xəbərlər
Cəmiyyət

“Biz Vətən torpaqlarını işğalçılardan azad edirik” – Ali Baş Komandan

13:12 - 26 / 10 / 2020
“Biz Vətən torpaqlarını işğalçılardan azad edirik” – Ali Baş Komandan

Bir aya yaxındır ki, ikinci Qarabağ müharibəsi davam edir. Bu müharibə xalqımız üçün Vətən müharibəsidir. Biz Vətən torpaqlarını işğalçılardan azad edirik, bu müddət ərzində Şanlı Azərbaycan Ordusu bir çox yaşayış məntəqələrini düşməndən azad edibdir. Biz döyüş meydanında tarixi ədaləti bərpa edirik. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır.

1news.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikirləri oktyabrın 26-da xalqa müraciətində səsləndirib.

“Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb, qurub və Qarabağ tarxini biz yaxşı bilirik və bu tarixi dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülüb. Çünki 1990-cı illərin əvvəllərində Azərbaycan haqqında, ümumiyyətlə, dünyada o qədər də böyük təsəvvür yox idi. Ancaq bir çox ölkələrdə fəaliyət göstərən erməni lobbi təşkilatları həm bölgənin tarixi ilə bağlı, həm münqiaşənin tarixi ilə bağlı yanlış məlumat ötürərək dünyada, dünyanın ictimai fikrində təhrif edilmiş təsəvvür yarada bilmişlər. Məhz buna görə torpaqlarımız işğal altında düşə-düşə bizə qarşı sanksiyalar tətbiq edilmişdir və bu sanksiyalar bu günə qədər qüvvədədir”, - deyə dövlətimizin başçısı bildirib.

Prezident İlham Əliyev deyib: “Müstəqilliyimizin ilk mərhələsində Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq edib ki, guya Azərbaycan Ermənistana qarşı təcavüz edir və bu sanksiyalar bu günə qədər qüvvədədir: “Təsəvvür edin. O vaxt Azərbyacan diplomatiyası erməni yalanının qarşısına heç bir arqument gətirə bilməmşdir. Son illər ərzində ardıcıl fəaliyyət nəticəsində biz dnüya ictimaiyyətini Qarabağın tarixi ilə bağlı, münqiaşənin tarixi ilə bağlı kifayət qədər məlumatlandırmışıq və bütün bu görülən işlər bax bu gün bizə köməklik göstərir, çünki artıq dünyada bu məsələ ilə bağlı daha obyektiv fikir var, daha obyektiv təsəvvür var. Məhz bizim yorulmaz səylərimiz nəticəsində buna nail ola bilmişik”.

Qafar Ağayev

Paylaş:
314

Son xəbərlər

Qaraçuxurda bir həftəlik körpə küçəyə atıldıBu gün, 12:293 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52Polis Yasamalda vətəndaşın evinə zərər vuran şirkətin söküntü işlərini dayandırıb - VİDEOBu gün, 11:41İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35
Bütün xəbərlər