Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub - FOTO

16:25 - 26 / 10 / 2020
Ermənistan Silahlı Qüvvələri Ağdamda məktəb binasını atəşə tutub - FOTO

Oktyabrın 26-da səhər saatlarında  Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonu Qaradağlı kənd tam orta məktəbi atəşə tutulub. Nəticədə məktəbə ciddi ziyan dəyib. 

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Qaradağlı kənd tam orta məktəbində 400 şagird təhsil alır, 43 müəllim pedaqoji fəaliyyətlə məşğuldur. 

Bu günədək düşmən təcavüzü nəticəsində 40-dan çox məktəbə ziyan dəyib. 

Qafar Ağayev

Paylaş:
592

Son xəbərlər

Bütün xəbərlər