MN: Azərbaycana məxsus PUA vurulmayıb, əksinə düşmən kvadrokopteri məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Azərbaycana məxsus PUA vurulmayıb, əksinə düşmən kvadrokopteri məhv edilib

17:45 - 26 / 10 / 2020
MN: Azərbaycana məxsus PUA vurulmayıb, əksinə düşmən kvadrokopteri məhv edilib

Azərbaycan Ordusuna məxsus zərbə PUA-nın cəbhə xəttində guya məhv edilməsi barədə Ermənistanın yaydığı məlumatın heç bir əsası yoxdur və yalandır.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, tam əksinə, bu gün günorta saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədinin Daşkəsən rayonu sahəsində bölmələrimizin mövqeləri üzərində uçuş keçirməyə cəhd göstərən düşmən kvadrokopteri atıcı silahlardan açılan atəşlə məhv edilib.

Qafar Ağayev

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər