Vüsal Qasımlı: “Bir ay ərzində Ermənistanın hərbi itkiləri 2,7milyard dolları keçib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüsal Qasımlı: “Bir ay ərzində Ermənistanın hərbi itkiləri 2,7milyard dolları keçib”

16:23 - 27 / 10 / 2020
Vüsal Qasımlı: “Bir ay ərzində Ermənistanın hərbi itkiləri 2,7milyard dolları keçib”

2020-ci il sentyabr ayının 27-dən oktyabrın 26-dək olan müddətdə davam edən Vətən müharibəsində Ermənistanın məhv edilən və hərbi qənimət kimi götürülən texnikasının dəyəri 2,7 milyard ABŞ dollarını ötüb.

1news.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib.

O qeyd edib ki, cəmi bir ay ərzində Ermənistana vurulan hərbi ziyan bu ölkənin ümumi hərbi xərclərini 4 dəfə üstələyir. Ancaq 716 milyon ABŞ dolları civarında hərbi büdcəsi olan bir ölkənin milyardlarla dollar silah arsenalına sahib olması iqtisadi qanunauyğunluqlarla heç bir halda izah oluna bilməz. Belə ki, cəmi 2,6 milyard ABŞ dolları həcmində rezerv aktivləri olan Ermənistanın iqtisadi gücü bu silahları əldə etmək baxımından xeyli məhduddur. Digər tərəfdən, bir aylıq müharibədə itirdiyi hərbi texnikanın miqdarı Ermənistanın silahlanmanın məhdudlaşdırılmasını nəzərdə tutan “Avropada Adi Silahlı Qüvvələr üzrə Saziş”in şərtlərini də pozduğunu və bu müqavilənin şərtlərinə uyğun olmayan həddə silah və hərbi texnika saxladığını ortaya çıxarıb.

Qafar Ağayev

Paylaş:
341

Son xəbərlər

3 nazirlik meşə yanğınları ilə bağlı əhaliyə müraciət etdi - FOTOBu gün, 12:12Çin yük avtomobilləri Orta Dəhlizdən istifadə etməyə başlayıblarBu gün, 12:02“Neftçi” işçilərə yemək dəstəyini dayandırır - FOTOBu gün, 11:58Bakının Mikayıl Müşfiq küçəsində hərəkət tam məhdudlaşdırılacaqBu gün, 11:52Polis Yasamalda vətəndaşın evinə zərər vuran şirkətin söküntü işlərini dayandırıb - VİDEOBu gün, 11:41İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edibBu gün, 11:37Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!Bu gün, 11:28İranda prezident seçkiləri keçirilirBu gün, 11:25Azərbaycan və Kamerun Gimnastika Federasiyaları arasında Anlaşma Memorandumu imzalanıbBu gün, 11:21“İsa bulağı” istirahət kompleksinin açılışı olubBu gün, 10:54İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilibBu gün, 10:44Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıbBu gün, 10:36Putindən Ərdoğanla bağlı tərif dolu sözlər: Onun siyasi iradəsi beynəlxalq sülhə töhfə verirBu gün, 10:29Əmtəə bazarlarında qızıl cüzi bahalaşıb, gümüş isə ucuzlaşıbBu gün, 10:29Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıbBu gün, 10:18Avropada daha bir “bozqurd” salamı - FOTOBu gün, 09:56Azərbaycan Prezidenti Xankəndi Konqres Mərkəzinin təməlini qoyubBu gün, 09:55Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olubBu gün, 09:43Prezident Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olubBu gün, 09:35AMB iyulun 5-nə olan valyuta məzənnələrini açıqladıBu gün, 09:32
Bütün xəbərlər