Bakıda azyaşlı qızların sırğalarını oğurlayan saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda azyaşlı qızların sırğalarını oğurlayan saxlanılıb

12:45 - 27 / 10 / 2020
Bakıda azyaşlı qızların sırğalarını oğurlayan saxlanılıb

Bakıda azyaşlı qızlara qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə oktyabrın 25-də rayon ərazisindəki evlərdən birinin qarşısında həmin evin 2 ayrı mənzilində yaşayan 5 yaşlı iki qızın qulaqlarındakı qızıl sırğaların çıxarılaraq aparılması barədə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri X.Rüstəmova və əvvəllər məhkum olunmuş T.Əliyev saxlanılıblar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların oktyabrın 23-də rayon ərazisində daha bir evin qarşısında 3 yaşlı bir qızın qulağından qızıl sırğanı eyni üsulla almaları da müəyyən edilib.

Qafar Ağayev

Paylaş:
413

Son xəbərlər

Bütün xəbərlər