Ermənilərin Goranboya mərmi atması nəticəsində meşəlik ərazidə baş vermiş yanğın söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənilərin Goranboya mərmi atması nəticəsində meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

19:26 - 30 / 10 / 2020
Ermənilərin Goranboya mərmi atması nəticəsində meşəlik ərazidə baş vermiş yanğın söndürülüb

Ermənistan silahlı qüvvələrinin Goranboy rayonu ərazisini ağır artilleriya qurğularından atəşə tutaraq ekoloji terror aktı törətməsi nəticəsində meşəlik zonada yanğın baş verib.

1news.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının səyi ilə yanğın qısa müddətdə söndürülərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

S.Xankişiyeva

 

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər