Kontakt Home ilk qadın şəhidin ailəsinə 20 000 manat ayırdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Kontakt Home ilk qadın şəhidin ailəsinə 20 000 manat ayırdı

15:38 - 05 / 11 / 2020
Kontakt Home ilk qadın şəhidin ailəsinə 20 000 manat ayırdı

Kontakt Home mağazalar şəbəkəsi İkinci Qarabağ müharibəsinin ilk qadın şəhidi Arəstə Baxışovanın ailəsinə 20 000 manat məbləğində maddi yardım ayırıb. Arəstə Baxışovanın 11 yaşlı oğlu Mərdan və 10 yaşlı qızı Zəhra hazırda anası Məktubə Baxışovanın himayəsindədirlər.

Kontakt Home onların həyat şəraitinin yaxşılaşdırılması məqsədilə hər övlada 10 000 manat olmaqla, ümumilikdə 20 000 manat məbləğində maddi yardım, eyni zamanda pandemiya şəraiti ilə əlaqədar onlayn dərslərində istifadə üçün elektronika əşyaları hədiyyə edib.

Qeyd edək ki, Arəstə Baxışova yaralı hərbçilərimizi döyüş meydanından çıxararkən şəhid olub. O, Qarabağ uğrunda gedən zəfər döyüşlərində qəhrəmancasına həyatını itirmiş ilk qadın şəhidimizdir.

Xatırladaq ki, “Kontakt Home” Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən mübarizə tədbirlərində və vətənpərvərlik ruhunun yüksək saxlanılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Şəbəkə döyüşlərdə yaralanan hərbçilərin müalicəsi üçün Silahlı Qüvvələrə Yardım Fonduna 150 000 manat vəsait köçürüb, səfərbərlik elanı ilə əlaqədar döyüş bölgəsinə yollanmış əməkdaşların ailəsinə ümumilikdə 50 000 manat məbləğində birdəfəlik yardım həyata keçirib.

Bundan əlavə, Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş əməkdaşı Aslan Rzayevin bir yaşlı övladının yetkinlik yaşına (18 yaş) çatana qədər aylıq təminat xərclərini və Azərbaycanda universitetə qəbul olduğu təqdirdə dörd illik təhsil haqqını öz üzərinə götürüb, ailəsinə birdəfəlik maddi yardım edib.

Kontakt Home həmçinin hazırkı döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin şirkətə olan kredit borcunu ləğv edir, hərbi əməliyyatlarda iştirakla bağlı çağırılan müştərilərinin və onların ailə üzvlərinin kredit ödənişlərini dayandırır.

Reklam hüququnda

Paylaş:
459

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər