“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTO

16:44 - 05 / 11 / 2020
“Bayraktar TB 2” zərbə dronu yeni dizaynda - FOTO

Türkiyə istehsalı olan "Bayraktar TB2" pilotsuz uçuş aparatı yeni dizaynda istehsal olunacaq.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, son dövrlər texniki gücü və hərbi əməliyyatlarda qazandığı uğurlarla dünya mediasının və silah sənayesinin diqqətini çəkən "Bayraktar TB2"-nin ön hissəsi köpək balığı ağzı formasında dizayn ediləcək. Yeni görünüşü dizayn edən isə Ömər Erkmendir.

Qeyd edək ki, Azərbaycan Ordusu işğal altında olan torpaqları azad etmək üçün sentyabrın 27-də başladılan əks-hücum hərbi əməliyyatları zamanı Türkiyə istehsalı olan silahlı və silahsız PUA-lardan geniş istifadə edir. Bu hərbi-taktiki əməliyyatlar dünyanın lider ölkələrinin də diqqətini çəkib.

1news.az

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər