“Ekoloji terror və onun fəsadları” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Ekoloji terror və onun fəsadları” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

18:16 - 05 / 11 / 2020
“Ekoloji terror və onun fəsadları” - “Çıxışa doğru”da müzakirə – FOTO – VİDEO

Dağlıq Qarabağ münaqişəsini mənfur ermənilər başlatdılar. Ermənilər nəinki Azərbaycana, eləcə də ümumilikdə regionun inkişafdan geri qalmasına ciddi səbəb olacaq işğalçılıq siyasəti yürütdülər və bu siyasət bu gün də davam edir.

Amma bu müharibənin çox vaxt qabardılmayan, az hallarda yada salınan bəzi fəsadları da var. Bu, Ermənistanın Azərbaycana qarşı həm müharibə zamanı, həm də atəşkəs dönəmində ekoloji terror siyasəti yürütməsidir.

Ekoloji terror əksər müharibələrdə istifadə olunub...

1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Ekoloji terror və onun fəsadları” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Milli Məclisin deputatı Azər Badamov, Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov və “Ekostil - Azərbaycan” Təbiəti Mühafizə İctimai birliyinin sədri Elman Yusifov  mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://youtu.be/VR2KU4NoIaM

S.Xankişiyeva

 

 

Paylaş:
343

Son xəbərlər

Bütün xəbərlər