MN: Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarı partlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarı partlayıb

13:16 - 06 / 11 / 2020
MN: Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarı partlayıb

Xankəndi yaxınlığında yerləşən silah-sursat anbarından yük avtomobillərinə yüklənən döyüş sursatlarının partlaması güclü yanğına səbəb olub. Alov tez bir zamanda anbara keçib və nəticədə güclü partlayış baş verib.

1news.az xəbər verir ki, bu bərədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, sursat anbarı Ağdərədə yerləşən düşmənin 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının artilleriya və digər bölmələrini silah və döyüş sursatları ilə təmin edirdi.

Qafar Ağayev

Paylaş:
381

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər