Bu ərazilərdə fərdi sahibkarlara maliyyə dəstəyi göstəriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu ərazilərdə fərdi sahibkarlara maliyyə dəstəyi göstəriləcək

15:33 - 06 / 11 / 2020
Bu ərazilərdə fərdi sahibkarlara maliyyə dəstəyi göstəriləcək

Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində xüsusi karantin rejimində dəyişikliklər edilib.

1news.az-ın məlumatına görə, qərara əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən bu şəhər və rayonlarda muzdlu işçilərin əmək haqqları üzrə müvafiq ödənişlər ediləcək və fərdi (mikro) sahibkarlara birdəfəlik maliyyə dəstəyi göstəriləcək.

Nazirlər Kabineti yanında Operativ Qərargah yuxarıda sadalanan şəhər və rayonların sakinlərinə ciddi şəkildə evdə qalmağı tövsiyyə edir, karantin rejiminin qaydalarına əməl etməyə çağırır.

Qafar Ağayev

Paylaş:
527

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər