“Bakcell”dən müəllimlər üçün xüsusi tarif | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

17:00 - 06 / 11 / 2020
“Bakcell”dən müəllimlər üçün xüsusi tarif

Şirkət "Virtual Təhsilə Dəstək" layihəsinin rəsmi mobil tərəfdaşıdır

Bakcell, ENGINET şirkəti və partnyorları tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəsmi mobil tərəfdaşı olub. "Virtual təhsilə dəstək" layihəsinin məqsədi Covid-19 pandemiyası zamanı təhsil sahəsində çalışan insanlara keyfiyyətli virtual tədrisin təşkili üçün tələb olunan alət və texniki dəstəyin göstərilməsidir.  

Belə ki, Bakcell "Virtual təhsilə dəstək" layihəsində iştirak edən minlərlə müəllim üçün xüsusi tarif hazırlayıb. Bu tarifdən istifadə edən müəllimlər pulsuz mobil nömrə əldə edərək ayda cəmi 5 manat ödəməklə öz həmkarları ilə pulsuz danışacaq, həmçinin ayda 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə qazanacaqlar.

Bu və digər oxşar layihələrə dəstək göstərməklə Bakcell şirkəti Azərbaycanda rəqəmsallaşma prosesinə öz mühüm töhfəsini verir.

Qeyd edək ki, təşəbbüs çərçivəsində təqdim olunan üstünlük və güzəştlərdən yararlanmaq üçün müəllimlər "Virtual təhsilə dəstək" layihəsində iştirak etməlidir. Daha ətraflı məlumat almaq üçün *1199 nömrəsinə (ENGINET şirkətinin zəng mərkəzi) zəng etmək və ya www.birlink.az səhifəsinə daxil olmaq kifayətdir.

Layihəyə qoşulmuş bütün təhsil işçiləri ENGINET şirkətinə məxsus "BİRLink" brendi tərəfindən ödənişsiz olaraq iki ay ərzində 30 MB/s yüksəksürətli genişzolaqlı internet xidməti, İPTV, ödənişsiz qoşulma və istifadə üçün avadanlıqla təmin olunacaqlar. Bundan əlavə, "Virtual Məktəb" platforması üzərindən qeydiyyatdan keçən müəllim və şagirdlər lisenziyalı Microsoft Office 365 proqramlarını ödənişsiz yükləyə biləcəklər. Layihə çərçivəsində müəllimlər məsafədən tədris üçün lazımı texniki biliklərin artırılması məqsədilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) tərəfindən keçirilən təlimlərdə endirimli iştirak, "Smart Electronics" mağazalar şəbəkəsindən distant tədris üçün lazımı elektronika avadanlıqlarına xüsusi endirimlər və digər güzəşt və fürsətlərdən yararlanacaqlar.

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət mərkəzində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi "Bakcell Stars" Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.

Xatırladaq ki, 2019-cu ildə Bakcell, Təhsil Nazirliyi və "AzEduNet" şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar ərazilərdə yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnasız olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə "Bakcell"in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

Reklam hüququnda

Paylaş:
445

Son xəbərlər

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!28 / 04 / 2024, 12:18Kamaləddin Qafarov: “Azərbaycan - Qırğızıstan münasibətlərində mədəni əlaqələr önəmli yer tutur”28 / 04 / 2024, 11:30"Nar"dan sərfəli smartfon təklifi27 / 04 / 2024, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildirib27 / 04 / 2024, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar27 / 04 / 2024, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilib27 / 04 / 2024, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTO27 / 04 / 2024, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTO27 / 04 / 2024, 16:21Ali Məhkəmənin hakimi intihar edib27 / 04 / 2024, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaq27 / 04 / 2024, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEO27 / 04 / 2024, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək27 / 04 / 2024, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edib27 / 04 / 2024, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıb27 / 04 / 2024, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır27 / 04 / 2024, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan var27 / 04 / 2024, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb27 / 04 / 2024, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilib27 / 04 / 2024, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur27 / 04 / 2024, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - Proqnoz27 / 04 / 2024, 12:06
Bütün xəbərlər